Maliyyədə süni intellekt
Kredit skorinqi, fırıldaqla mübarizə, çat-botlar və fərdi tövsiyələr — süni intellekt nəyi bacarır, harada səhv edir və niyə onun qərarı son söz deyil.
Qərar 1 dəqiqəyə
Tural telefonda istehlak krediti üçün müraciət edir. Bir dəqiqə sonra cavab gəlir: "Təəssüf ki, müraciətiniz təsdiqlənmədi." Heç kim ona zəng etməyib, heç kim sənədlərinə baxmayıb.
Bəs bu qərarı kim verib? Çox güman ki, ilkin qiymətləndirməni avtomatik sistem — o cümlədən süni intellekt (Sİ) — aparıb.
Sİ — alətdir
Sİ keçmiş məlumatlardan nümunələr öyrənən proqramdır. O, çox sürətlidir, amma düşünən insan deyil və səhv edə bilər.