Əsas məzmuna keç
Savad
Maliyyə xəbərləri
İqtisadiyyatAzərbaycan27 noyabr 2026

Milli Məclis Orta Kür sahəsi üzrə pay bölgüsü sazişini ratifikasiya etdi

Qısaca

Milli Məclis SOCAR, ExxonMobil və «Middle Kura» MMC arasında Orta Kür kontrakt sahəsi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında sazişi təsdiqləyib.

Milli Məclisin plenar iclasında Azərbaycan Dövlət Neft Şirkəti, ExxonMobil Exploration & Production Azerbaijan Limited və «Middle Kura» MMC arasında bağlanmış Orta Kür kontrakt sahəsi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında Saziş bir oxunuşda qəbul edilib. Sazişin əsas mətni 2026-cı il sentyabrın 26-da Bakıda imzalanıb, sənədə 12 əlavə də təsdiqlənib. Sənədə əsasən, Saziş qüvvədə olduğu müddətdə ona zidd olan hər hansı digər Azərbaycan qanunvericiliyindən üstün tutulur. Podratçı tərəflərə kontrakt sahəsində qeyri-ənənəvi karbohidrogen ehtiyatları üzrə əməliyyatlar aparmaq üçün müstəsna hüquq verilir. Sazişin qüvvəyə minməsindən sonra Podratçı tərəflərin əldə etdiyi hüquqlar onların razılığı olmadan dəyişdirilə bilməz.

Milli Məclis Orta Kür sahəsi üzrə pay bölgüsü sazişini ratifikasiya etdi