AMB maliyyə sektoru üçün süni intellekt və data idarəetməsi qaydalarını hazırlayır
Mərkəzi Bank il sonuna süni intellektin idarə edilməsi üzrə, noyabrda isə məlumatların idarə edilməsi üzrə metodoloji sənədləri maliyyə sektoruna təqdim edəcək.
AMB-nin Məlumat Departamentinin direktoru Elmir Həsənli Bakıda keçirilən AMFA-nın konfransında bildirib ki, Mərkəzi Bank süni intellektin idarə edilməsi üzrə metodoloji rəhbərliyi il sonuna, məlumatların idarə edilməsi üzrə sənədi isə noyabr ayına maliyyə sektoruna təqdim edəcək. O qeyd edib ki, süni intellekt üzrə metodologiya banklarla birgə hazırlanıb və sektorun iştirakı təmin olunub.
Həsənli kreditləşmədə süni intellektin tətbiqi ilə bağlı iki əsas riski — modelin zamanla dəyişməsini (“drift”) və qərəzli qərarlar verməsini (bias) — vurğulayıb. Onun sözlərinə görə, əsas tələb qərarların izaholunma qabiliyyətidir: müştəriyə kredit verilmədikdə səbəblər aydın izah edilməlidir.
Məlumatların idarə edilməsi üzrə metodoloji rəhbərlik bankları, bank olmayan kredit təşkilatlarını (BOKT) və təhlil qurumlarını əhatə edəcək və məlumatların keyfiyyəti, əlçatanlığı, tamlığı kimi məsələləri nəzərdə tutacaq. Məqsəd bütün sektorun eyni standartlara əsaslanmasını təmin etməkdir.
Digər xəbərlər
Taleh Kazımov: Biznes kreditləri üzrə tələblər sərt deyil
AMB sədri Taleh Kazımov bildirib ki, biznes kreditləşməsi üzrə prudensial tələblər beynəlxalq təcrübə ilə müqayisədə yumşaqdır, sərtləşdirmələr əsasən istehlak kreditlərinə aiddir.
AMB sədri: Kreditləşmənin artması üçün tələbə ehtiyac var
Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib ki, banklarda 4,6 milyard manat sərbəst vəsait var, lakin kreditləşmənin genişlənməsi üçün kreditlərə tələbin artması zəruridir.
Mərkəzi Bank uçot dərəcəsini 6,5% səviyyəsində saxladı
Azərbaycan Mərkəzi Bankı oktyabrın 29-da uçot dərəcəsini dəyişməz saxlayıb. Faiz dəhlizinin yuxarı həddi 7,5%, aşağı həddi isə 5% olaraq qalıb.