Mərkəzi Bank sabah faiz dərəcəsi barədə qərarını açıqlayacaq
Azərbaycan Mərkəzi Bankı 29 oktyabrda faiz dəhlizi ilə bağlı növbəti qərarını elan edəcək. Son iclasdan bəri illik inflyasiya 5,7%-dən 5,5%-ə düşüb.
Azərbaycan Mərkəzi Bankı saat 10:00-da faiz dəhlizi barədə növbəti qərarını açıqlayacaq. Sentyabrın 23-də keçirilən son iclasdan bu günə qədər illik inflyasiya 5,7%-dən 5,5%-ə enib. Mərkəzi Bankın sədri Taleh Kazımov bu müddət ərzində verdiyi müsahibədə inflyasiyanın yenidən artması riskinin hələ də mövcud olduğunu vurğulayıb. Hazırda uçot dərəcəsi 6,5% səviyyəsindədir. Qərarın nəticələri bank sektoru, kreditlər və əhalinin alıcılıq qabiliyyətinə təsir edə bilər.
Digər xəbərlər
2027-ci il üçün yaşayış minimumu müəyyənləşdi
Azərbaycanın 2027-ci il dövlət büdcəsi layihəsinə əsasən, ölkə üzrə yaşayış minimumu 314 manat təşkil edəcək, bu, 2026-cı illə müqayisədə 14 manat çoxdur.
Azərbaycanın dövlət zəmanətli borcu 9 ayda 24% azalıb
Oktyabrın 1-nə Azərbaycanın dövlət zəmanətli borcu 7 milyard 886 milyon manat (ÜDM-in 5,7%-i) olub, bu da ilin əvvəlinə nisbətən 24% azdır.
Azərbaycanın daxili dövlət borcunun strukturu açıqlanıb
Oktyabrın 1-nə Azərbaycanın daxili dövlət borcu 16,23 milyard manat təşkil edib, bunun bir hissəsini dövlət qiymətli kağızları, digər hissəsini isə dövlət zəmanətli öhdəliklər yaradıb.