Təhlükəli·Zənglər13 oktyabr 2026
«Bankın təhlükəsizlik xidməti» adından zənglər
Sənə zəng edən adam özünü bankın təhlükəsizlik xidmətinin əməkdaşı kimi təqdim edir. Danışıq inamlıdır, sənin adını, bəzən kartın son rəqəmlərini də bilir. Deyir ki, kartında şübhəli əməliyyat var, kimsə pulunu çıxarmağa çalışır və bunu «indicə» dayandırmaq lazımdır. Sonra əsas xahiş gəlir: SMS-lə