Əsas məzmuna keç
Savad
Maliyyə xəbərləri
İqtisadiyyatAzərbaycan4 noyabr 2026

Apple, Netflix, OpenAI və TikTok daxil 24 xarici rəqəmsal şirkət Azərbaycanda ƏDV uçotunda

Qısaca

Dövlət Vergi Xidmətinin elektron qeydiyyat portalı vasitəsilə indiyədək 24 qeyri-rezident rəqəmsal xidmət təchizatçısı ƏDV məqsədləri üçün vergi uçotuna alınıb.

Dövlət Vergi Xidməti (DVX) bildirib ki, elektron qeydiyyat portalı vasitəsilə Azərbaycanda indiyədək 24 qeyri-rezident rəqəmsal xidmət təchizatçısı əlavə dəyər vergisi (ƏDV) məqsədləri üçün vergi uçotuna alınıb. Qurum rəqəmsal iqtisadiyyatın vergiyə cəlb olunması və vergi inzibatçılığının təkmilləşdirilməsi üzrə işlərin davam etdirildiyini vurğulayıb. 2025-ci il ərzində 7 yeni qeyri-rezident təchizatçı qeydə alınıb və bu müddətdə onlar tərəfindən hesablanmış ƏDV məbləği 15,5 milyon manat təşkil edib. Eyni dövrdə sosial şəbəkələr və xarici rəqəmsal platformalar üzrə kameral qaydada əlavə olaraq 250,5 min manat vergi hesablanıb. Monitorinq işləri nəticəsində onlarla yeni vergi ödəyicisinin də uçota alınması təmin olunub. DVX bildirib ki, xarici rəqəmsal xidmət təchizatçılarının sistemə cəlb edilməsi və şəffaflığın artırılması istiqamətində tədbirlər davam etdiriləcək.

Apple, Netflix, OpenAI və TikTok daxil 24 xarici rəqəmsal şirkət Azərbaycanda ƏDV uçotunda