Ermənistan TRIPP layihəsi çərçivəsində Naxçıvanı Bakı ilə birləşdirəcək dəmir yoluna 2027-ci ildə başlayacaq
Ermənistanın xarici işlər nazirinin müavini Vaan Kostanyan bildirib ki, TRIPP layihəsi çərçivəsində Azərbaycanı Naxçıvanla birləşdirəcək dəmir yolunun tikintisinə 2027-ci ildə başlanacaq.
Ermənistanın xarici işlər və beynəlxalq ticarət nazirinin müavini Vaan Kostanyan ölkənin İctimai Televiziyasına açıqlamasında TRIPP layihəsi çərçivəsində Bakı ilə Naxçıvanı birləşdirəcək dəmir yolunun tikintisinə 2027-ci ildə başlanılacağını bildirib. Onun sözlərinə görə, xəttin marşrutu artıq müəyyənləşdirilib və hazırda ərazidə təmizləmə işləri aparılır. Dəmir yolu Ermənistanda Nüvədi–Əkərək marşrutu üzrə Araz çayı sahili boyunca uzanacaq, ölkədən keçən hissəsi təxminən 42 kilometr olacaq və İran sərhədinə yaxın ərazidən keçəcək. Layihə həyata keçdikdən sonra Azərbaycanın əsas əraziləri ilə Naxçıvan arasında maneəsiz nəqliyyat bağlantısı yaranacaq. Qeyd olunub ki, Azərbaycan ərazisində bu xəttə birləşəcək Horadiz–Ağbənd dəmir yolunun tikintisinin 2028-ci ildə başa çatdırılması planlaşdırılır.
Digər xəbərlər
AMB: banklar 2027-ci ildən 4 istiqamətdə dayanıqlılıq hesabatı verəcək
Azərbaycan Mərkəzi Bankının nümayəndəsinə görə, banklar gələn ildən etibarən idarəetmə, strategiya, risklərin idarə edilməsi və kəmiyyət göstəriciləri üzrə dayanıqlılıq məlumatlarını açıqlamalı olacaq.
Milli Məclis Orta Kür sahəsi üzrə pay bölgüsü sazişini ratifikasiya etdi
Milli Məclis SOCAR, ExxonMobil və «Middle Kura» MMC arasında Orta Kür kontrakt sahəsi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında sazişi təsdiqləyib.
Deputat: Zəngəzur dəhlizi 2028-ci ilin sonuna doğru istifadəyə verilə bilər
Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Zəngəzur dəhlizinin Azərbaycan ərazisindəki avtomobil yolu hissəsi tamamlanıb, dəmir yolu işləri isə 2027-ci ilin əvvəlində başa çatacaq. Onun sözlərinə görə, bu, dəhlizin 2028-ci ilin sonlarına doğru istifadəyə verilməsinə şərait yaradır.