Əsas məzmuna keç
Savad
Maliyyə xəbərləri
ITAzərbaycan22 noyabr 2026

Azərbaycan rəqəmsal xidmətlərdə ABŞ, Britaniya və Kanadanı ötdü

Qısaca

BMT-nin Elektron Hökumətin İnkişafı İndeksində Azərbaycan 38-ci yerə yüksəlib və xidmət təqdimatı altindeksində dünyada 10-cu olub.

BMT-nin Elektron Hökumətin İnkişafı İndeksi (EHİİ) üzrə hesabatına görə, Azərbaycan onlayn xidmətlərin inkişafına görə Böyük Britaniya, İslandiya, ABŞ, Kanada, Norveç və Avstraliya kimi ölkələri geridə qoyub.

Xidmətlərin təqdim edilməsi altindeksində ölkə dünyada 10-cu yeri Estoniya ilə bölüşür, institusional çərçivə altindeksində isə 1-ci yerdə qərarlaşıb.

Ümumilikdə Azərbaycan reytinqdə 2024-cü ildəki 74-cü yerdən 36 pillə irəliləyərək 38-ci mövqeyə yüksəlib.

Ölkənin ümumi EHİİ göstəricisi 0,8847 bal olub, bu da 2024-cü ilin 0,7607 ballıq göstəricisi ilə müqayisədə 16,3 faiz artım deməkdir.

Beləliklə, Azərbaycan “Çox yüksək EHİİ” kateqoriyasında Avstriya, Yaponiya, Kanada və İsrail kimi ölkələrin daxil olduğu V3 altqrupuna yüksəlib.

Azərbaycan rəqəmsal xidmətlərdə ABŞ, Britaniya və Kanadanı ötdü