2027-ci ildən Azərbaycanda vergi qanunvericiliyinə geniş dəyişikliklər planlaşdırılır
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2027-ci il üçün Vergi Məcəlləsinə 67 istiqaməti əhatə edən dəyişikliklər hazırlayıb. Təkliflər sahibkarlar üçün yeni güzəştləri, kənd təsərrüfatı, daşınmaz əmlak və avtomobil bazarında vergitutma mexanizmlərinin dəyişdirilməsini nəzərdə tutur.
Dövlət Vergi Xidmətinin təqdim etdiyi layihə biznes mühitinin yaxşılaşdırılması, vergitutma bazasının genişləndirilməsi, vergi nəzarətinin gücləndirilməsi və inzibatçılığın təkmilləşdirilməsi kimi 4 əsas istiqaməti əhatə edir. Kiçik sahibkarlara 5 il müddətinə gəlir və mənfəət vergisi üzrə 25 faiz güzəşt, ixracatçılara isə eyni müddətə maksimum 25 faiz vergi endirimi təklif olunur. Kənd təsərrüfatı məhsulları istehsalçılarının mövcud 100 faizlik vergi azadolması 2027-2032-ci illər üçün 90 faizlik güzəştlə əvəz olunacaq. Kapital bazarında səhm və istiqrazların alqı-satqısından əldə edilən gəlirlərə 5 il müddətinə 50 faizlik gəlir vergisi güzəşti nəzərdə tutulur. Avtomobil və daşınmaz əmlak bazarlarında ikinci əl satışlar zamanı ƏDV-nin tam qiymətdən deyil, ticarət əlavəsindən hesablanması təklif edilir. Dəyişikliklərin bir qismi 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Digər xəbərlər
AMB: banklar 2027-ci ildən 4 istiqamətdə dayanıqlılıq hesabatı verəcək
Azərbaycan Mərkəzi Bankının nümayəndəsinə görə, banklar gələn ildən etibarən idarəetmə, strategiya, risklərin idarə edilməsi və kəmiyyət göstəriciləri üzrə dayanıqlılıq məlumatlarını açıqlamalı olacaq.
Milli Məclis Orta Kür sahəsi üzrə pay bölgüsü sazişini ratifikasiya etdi
Milli Məclis SOCAR, ExxonMobil və «Middle Kura» MMC arasında Orta Kür kontrakt sahəsi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında sazişi təsdiqləyib.
Deputat: Zəngəzur dəhlizi 2028-ci ilin sonuna doğru istifadəyə verilə bilər
Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Zəngəzur dəhlizinin Azərbaycan ərazisindəki avtomobil yolu hissəsi tamamlanıb, dəmir yolu işləri isə 2027-ci ilin əvvəlində başa çatacaq. Onun sözlərinə görə, bu, dəhlizin 2028-ci ilin sonlarına doğru istifadəyə verilməsinə şərait yaradır.