2027-ci il büdcə layihəsində vergi güzəştlərinin uzadılması nəzərdə tutulur
2027-ci ilin büdcə zərfinin layihəsinə əsasən, real sektoru dəstəkləyən vergi güzəşt və azadolmalarının müddəti uzadılacaq.
2027-ci il büdcə zərfinin layihəsinə görə, Azərbaycanda real sektorun inkişafını dəstəkləyən vergi güzəşt və azadolmalarının müddətinin uzadılması nəzərdə tutulur. Sənəddə vergi siyasətinin əsas prioriteti kimi biznes mühitinin daha əlverişli və proqnozlaşdırıla bilən əsaslarla qurulması göstərilir. Qeyri-neft sektorunun inkişafına töhfə vermək üçün nəticəyönümlü yeni vergi güzəştlərinin müəyyən edilməsi də planlaşdırılır. Bununla yanaşı, vergi gəlirlərinin dayanıqlılığını təmin etmək məqsədilə vergitutma bazasının genişləndirilməsi və vergitutma obyektlərinin daha dəqiq müəyyənləşdirilməsi nəzərdə tutulur. Sənədə əsasən, uçot, hesabat və ödəmə intizamına nəzarətin gücləndirilməsi də planlaşdırılır.
Digər xəbərlər
AMB: banklar 2027-ci ildən 4 istiqamətdə dayanıqlılıq hesabatı verəcək
Azərbaycan Mərkəzi Bankının nümayəndəsinə görə, banklar gələn ildən etibarən idarəetmə, strategiya, risklərin idarə edilməsi və kəmiyyət göstəriciləri üzrə dayanıqlılıq məlumatlarını açıqlamalı olacaq.
Milli Məclis Orta Kür sahəsi üzrə pay bölgüsü sazişini ratifikasiya etdi
Milli Məclis SOCAR, ExxonMobil və «Middle Kura» MMC arasında Orta Kür kontrakt sahəsi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında sazişi təsdiqləyib.
Deputat: Zəngəzur dəhlizi 2028-ci ilin sonuna doğru istifadəyə verilə bilər
Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Zəngəzur dəhlizinin Azərbaycan ərazisindəki avtomobil yolu hissəsi tamamlanıb, dəmir yolu işləri isə 2027-ci ilin əvvəlində başa çatacaq. Onun sözlərinə görə, bu, dəhlizin 2028-ci ilin sonlarına doğru istifadəyə verilməsinə şərait yaradır.