Əsas məzmuna keç
Savad
Maliyyə xəbərləri
İqtisadiyyatAzərbaycan27 noyabr 2026

Azəri Light neftinin qiyməti 102,77 dollara qalxıb

Qısaca

Dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 2,43 dollar artaraq 102,77 dollara çatıb, bu dövlət büdcəsində nəzərdə tutulan 65 dollarlıq proqnozdan xeyli yüksəkdir.

Neft bazarındakı mənbəyə istinadən bildirilib ki, dünya bazarında Azəri Light markalı Azərbaycan neftinin bir barelinin qiyməti 2,43 dollar və ya 2,42 % artaraq 102,77 dollar təşkil edib. Eyni zamanda Brent markalı neftin yanvar fyuçersləri 97,56 dollara satılıb. Türkiyənin Ceyhan limanında FOB bazasında isə Azəri Light neftinin qiyməti 2,4 dollar və ya 2,51 % artaraq 98,01 dollara çatıb. Qeyd edək ki, cari ilin dövlət büdcəsi bir barel neftin orta qiyməti 65 dollar hesabı ilə formalaşdırılıb. Azəri Light neftinin tarixdə ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 dollar, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda 149,66 dollar olub. Bu neft Azəri-Çıraq-Günəşli yataqlar blokunun işlənməsi müqaviləsi çərçivəsində hasil edilir, burada SOCAR-ın payı 35,3 %-dir.

Azəri Light neftinin qiyməti 102,77 dollara qalxıb