Əsas məzmuna keç
Savad
Maliyyə xəbərləri
İqtisadiyyatAzərbaycan15 noyabr 2026

Hesablama Palatası 2027-ci il büdcəsi üçün əlavə maliyyə risklərini açıqladı

Qısaca

Hesablama Palatası 2027-ci il dövlət büdcəsi layihəsinə dair rəyində faiz dərəcələri və borcların yenidən maliyyələşdirilməsi ilə bağlı əlavə riskləri qeyd edib.

Hesablama Palatası “2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə verdiyi rəydə, “Büdcə zərfi”ndə göstərilən fiskal risklərdən başqa digər amillərin də dövlət maliyyə sabitliyinə təsir edə biləcəyini bildirib. Qurumun fikrincə, ortamüddətli dövrdə istinad faiz dərəcələrinin gözləniləndən yüksək olması dəyişkən faizli xarici borc üzrə xidmət xərclərini artıra bilər. Cari ilin 1 oktyabrına xarici dövlət borcunun 48,8 %-i dəyişkən faiz dərəcəli öhdəliklərdən ibarət olub. Hesablama Palatası həmçinin müddəti başa çatan borcların yenidən maliyyələşdirilməsinin yüksək faizli yeni borclanmalar şəraitində xərcləri artıra biləcəyini vurğulayıb. 2026-cı il 1 oktyabr tarixinə daxili dövlət qiymətli kağızlarının 56 %-nin müddəti 5 ilədək olub ki, bu da borcun əhəmiyyətli hissəsinin ortamüddətli dövrdə icra ediləcəyini göstərir. Əlavə olaraq, bu ilin 9 ayında Dövlət Vergi Xidməti xəttiylə artıqödəmələr 339,9 milyon manat artaraq 2740,6 milyon manata çatıb.

Hesablama Palatası 2027-ci il büdcəsi üçün əlavə maliyyə risklərini açıqladı