Əsas məzmuna keç
Savad
Maliyyə xəbərləri
TəhlükəsizlikAzərbaycan1 noyabr 2026

MKA: Apple istifadəçilərinin cihazları kütləvi hücuma məruz qalır

Qısaca

Milli Kibertəhlükəsizlik Agentliyi iOS, iPadOS və macOS-un müəyyən versiyalarında aşkarlanan boşluqdan istifadə edən fırıldaqçıların vətəndaşların cihazlarını ələ keçirdiyini bildirib.

Milli Kibertəhlükəsizlik Agentliyi Apple məhsullarında aşkarlanan təhlükəsizlik boşluğu barədə xəbərdarlıq yayıb. Bildirilib ki, bu boşluq iOS, iPadOS və macOS-un bəzi versiyalarında mövcuddur və kiberdələduzlara cihazları ələ keçirmək imkanı verir. Hazırda vətəndaşlara xarici nömrələrdən zənglər edilir, WhatsApp və Telegram vasitəsilə zərərli fayllar göndərilir. Bu fayllar sistemlərini yeniləməyən istifadəçilərin cihazlarının ələ keçirilməsinə və şəxsi məlumatların icazəsiz əldə olunmasına səbəb ola bilər. Agentlik cihazların son versiyaya yenilənməsini, naməlum mənbələrdən gələn faylların açılmamasını və avtomatik yeniləmələrin aktivləşdirilməsini tövsiyə edir.

MKA: Apple istifadəçilərinin cihazları kütləvi hücuma məruz qalır