Azərbaycanın xarici ticarətdən xalis gəliri 3,5 milyard manat azalıb
2025-ci ildə Azərbaycanın mal və xidmət ticarətində müsbət saldo 30 faizdən çox azalaraq 8 milyard manata düşüb.
2025-ci ildə Azərbaycanın mal və xidmət ixracı 55 milyard 539,1 milyon manat olub ki, bu da 2024-cü ildəki 57 milyard 991,9 milyon manatdan 4,2 faiz azdır. Eyni dövrdə idxal 46 milyard 476 milyon manatdan 47 milyard 516,1 milyon manata qədər, yəni 2,2 faiz artıb. Nəticədə xalis ixrac 2024-cü ildəki 11 milyard 515,9 milyon manatdan 8 milyard 23 milyon manata enib, azalma 3 milyard 492,9 milyon manat və ya 30,3 faiz təşkil edib. Müqayisə üçün, 2022-ci ildə bu fərq 44,2 milyard manat səviyyəsində idi. Xalis ixracın ÜDM-də payı da 2024-cü ildəki 9,1 faizdən 2025-ci ildə 6,2 faizə düşüb.
Digər xəbərlər
AMB: banklar 2027-ci ildən 4 istiqamətdə dayanıqlılıq hesabatı verəcək
Azərbaycan Mərkəzi Bankının nümayəndəsinə görə, banklar gələn ildən etibarən idarəetmə, strategiya, risklərin idarə edilməsi və kəmiyyət göstəriciləri üzrə dayanıqlılıq məlumatlarını açıqlamalı olacaq.
Milli Məclis Orta Kür sahəsi üzrə pay bölgüsü sazişini ratifikasiya etdi
Milli Məclis SOCAR, ExxonMobil və «Middle Kura» MMC arasında Orta Kür kontrakt sahəsi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında sazişi təsdiqləyib.
Deputat: Zəngəzur dəhlizi 2028-ci ilin sonuna doğru istifadəyə verilə bilər
Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Zəngəzur dəhlizinin Azərbaycan ərazisindəki avtomobil yolu hissəsi tamamlanıb, dəmir yolu işləri isə 2027-ci ilin əvvəlində başa çatacaq. Onun sözlərinə görə, bu, dəhlizin 2028-ci ilin sonlarına doğru istifadəyə verilməsinə şərait yaradır.