Milli Məclis 2027-ci il dövlət büdcəsini I oxunuşda qəbul etdi
Parlament gələn ilin dövlət büdcəsi layihəsini ilk oxunuşda təsdiqləyib: gəlirlər 39,254 milyard, xərclər isə 42,4 milyard manat proqnozlaşdırılır.
Milli Məclisin bugünkü plenar iclasında “2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi I oxunuşda qəbul edilib. Sənədə əsasən, gələn il büdcə gəlirlərinin 39 milyard 254 milyon manat, xərclərinin isə 42 milyard 400 milyon manat olacağı gözlənilir. Bunun nəticəsində dövlət büdcəsində 3 milyard 146 milyon manat kəsir yaranacaq ki, bu da ötən ilin müqayisəsində 1,7 % çoxdur. 2027-ci ildə Azərbaycanın icmal büdcəsinin gəlirləri 47 milyard 619,2 milyon manat, xərcləri isə 50 milyard 377,1 milyon manat səviyyəsində proqnozlaşdırılır, bu göstəricilər 2026-cı ilin təsdiqlənmiş proqnozlarından müvafiq olaraq 5,9 % və 3,1 % yüksəkdir. Nəticədə icmal büdcədə 2 milyard 757,9 milyon manat kəsir gözlənilir ki, bu da əvvəlki illə müqayisədə 28,7 % azdır.
Digər xəbərlər
AMB: banklar 2027-ci ildən 4 istiqamətdə dayanıqlılıq hesabatı verəcək
Azərbaycan Mərkəzi Bankının nümayəndəsinə görə, banklar gələn ildən etibarən idarəetmə, strategiya, risklərin idarə edilməsi və kəmiyyət göstəriciləri üzrə dayanıqlılıq məlumatlarını açıqlamalı olacaq.
Milli Məclis Orta Kür sahəsi üzrə pay bölgüsü sazişini ratifikasiya etdi
Milli Məclis SOCAR, ExxonMobil və «Middle Kura» MMC arasında Orta Kür kontrakt sahəsi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında sazişi təsdiqləyib.
Deputat: Zəngəzur dəhlizi 2028-ci ilin sonuna doğru istifadəyə verilə bilər
Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Zəngəzur dəhlizinin Azərbaycan ərazisindəki avtomobil yolu hissəsi tamamlanıb, dəmir yolu işləri isə 2027-ci ilin əvvəlində başa çatacaq. Onun sözlərinə görə, bu, dəhlizin 2028-ci ilin sonlarına doğru istifadəyə verilməsinə şərait yaradır.