2027-ci ildə neft-qaz sektoruna 7,9 mlrd. manat investisiya proqnozlaşdırılır
2027-ci il dövlət büdcəsinin zərfinə əsasən, Azərbaycanda neft-qaz sektoruna 7 milyard 933 milyon manat investisiya yönəldiləcəyi gözlənilir.
Azərbaycanın 2027-ci il dövlət büdcəsinin zərfinə görə, neft-qaz sektoruna gələn il təxminən 7,93 milyard manat investisiya qoyulacağı proqnozlaşdırılır.
Sənəddə qeyd olunur ki, 2028-ci ildə bu rəqəm 8,33 milyard manata çatacaq və bu, proqnoz dövrünün ən yüksək göstəricisi olacaq.
2029-cu ildə investisiyaların 8,21 milyard manat, 2030-cu ildə isə 7,5 milyard manat səviyyəsində olacağı gözlənilir.
Beləliklə, 2028-ci ildən sonra sektora yönələn investisiyaların tədricən azalacağı proqnozlaşdırılır.
Digər xəbərlər
AMB: banklar 2027-ci ildən 4 istiqamətdə dayanıqlılıq hesabatı verəcək
Azərbaycan Mərkəzi Bankının nümayəndəsinə görə, banklar gələn ildən etibarən idarəetmə, strategiya, risklərin idarə edilməsi və kəmiyyət göstəriciləri üzrə dayanıqlılıq məlumatlarını açıqlamalı olacaq.
Milli Məclis Orta Kür sahəsi üzrə pay bölgüsü sazişini ratifikasiya etdi
Milli Məclis SOCAR, ExxonMobil və «Middle Kura» MMC arasında Orta Kür kontrakt sahəsi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında sazişi təsdiqləyib.
Deputat: Zəngəzur dəhlizi 2028-ci ilin sonuna doğru istifadəyə verilə bilər
Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Zəngəzur dəhlizinin Azərbaycan ərazisindəki avtomobil yolu hissəsi tamamlanıb, dəmir yolu işləri isə 2027-ci ilin əvvəlində başa çatacaq. Onun sözlərinə görə, bu, dəhlizin 2028-ci ilin sonlarına doğru istifadəyə verilməsinə şərait yaradır.