Əsas məzmuna keç
Savad
Maliyyə xəbərləri
İqtisadiyyatAzərbaycan9 noyabr 2026

Azərbaycan 2060-a qədər binalarda qazlı isitmədən tam imtina edəcək

Qısaca

Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyasına görə, ölkə 2060-cı ilədək bütün binalarda qaz isitmə sistemlərindən istilik nasoslarına keçəcək.

Azərbaycan hökuməti 2060-cı ilədək tikinti sektorunda qaz əsaslı isitmə sistemlərindən tam imtina edib, “hava-su” tipli elektrik istilik nasoslarına keçməyi planlaşdırır. Bu hədəf ölkənin Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyasında əks olunub. 2022-ci il məlumatlarına görə, binaların payına ölkə üzrə ümumi emissiyaların 14 %-i, yəni 10 milyon ton CO₂ ekvivalenti düşüb. Strategiyaya əsasən, 2060-cı ilədək bütün binalarda istilik nasoslarının və elektrik mətbəx plitələrinin istifadəsi 100 %-ə çatdırılmalıdır. Plan həmçinin mövcud (o cümlədən sovet dövrü) və yeni binalarda istilik izolyasiyasının gücləndirilməsini, ikiqat şüşəli pəncərələrin quraşdırılmasını, LED işıqlandırmaya keçidi və yüksək enerji səmərəliliyinə malik məişət texnikasının tətbiqini nəzərdə tutur.

Azərbaycan 2060-a qədər binalarda qazlı isitmədən tam imtina edəcək