Şirinləşdirilmiş içkilər və çipslərə aksiz vergisi tətbiq ediləcək
Dövlət Vergi Xidməti şirinləşdirilmiş mineral və qazlı içkilərin, həmçinin çipslərin aksizli mallar siyahısına daxil edilməsinin səbəbini açıqlayıb. Yerli istehsal olunan içkilərin hər litrinə 0,10 manat, çipsin hər kiloqramına isə 1 manat aksiz vergisi tətbiq olunacaq.
Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bildirib ki, şirinləşdirilmiş mineral və qazlı içkilər və çipslər aksizli malların dairəsinə daxil ediləcək.
Onun sözlərinə görə, bu addım dünya praktikasına uyğundur və bir çox ölkələrdə belə məhsullara aksiz tətbiq olunur. İmanov vurğulayıb ki, əsas məqsəd məhsulların zərərli hesab edilməsi deyil, beynəlxalq vergi siyasəti təcrübəsinin tətbiqidir.
Vergi Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, yerli istehsal olunan şirinləşdirilmiş mineral və qazlı içkilərin hər litrinə 0,10 manat aksiz vergisi alınacaq. Bu məhsullar həmçinin aksiz markası ilə markalanmalı olacaq.
Çipslərə isə hər kiloqramına görə 1 manat aksiz vergisi tətbiq ediləcək.
Digər xəbərlər
AMB: banklar 2027-ci ildən 4 istiqamətdə dayanıqlılıq hesabatı verəcək
Azərbaycan Mərkəzi Bankının nümayəndəsinə görə, banklar gələn ildən etibarən idarəetmə, strategiya, risklərin idarə edilməsi və kəmiyyət göstəriciləri üzrə dayanıqlılıq məlumatlarını açıqlamalı olacaq.
Milli Məclis Orta Kür sahəsi üzrə pay bölgüsü sazişini ratifikasiya etdi
Milli Məclis SOCAR, ExxonMobil və «Middle Kura» MMC arasında Orta Kür kontrakt sahəsi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında sazişi təsdiqləyib.
Deputat: Zəngəzur dəhlizi 2028-ci ilin sonuna doğru istifadəyə verilə bilər
Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Zəngəzur dəhlizinin Azərbaycan ərazisindəki avtomobil yolu hissəsi tamamlanıb, dəmir yolu işləri isə 2027-ci ilin əvvəlində başa çatacaq. Onun sözlərinə görə, bu, dəhlizin 2028-ci ilin sonlarına doğru istifadəyə verilməsinə şərait yaradır.