Əsas məzmuna keç
Savad
Maliyyə xəbərləri
İqtisadiyyatAzərbaycan17 noyabr 2026

Azərbaycanda maaşlardan tutulan gəlir vergisi dərəcələri artırılır

Qısaca

Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, 2027-ci il yanvarından fiziki şəxslərin aylıq gəlirlərindən tutulan vergi dərəcələri artırılacaq, 2028-ci ildə isə daha da yüksələcək.

Vergi Məcəlləsinə edilən dəyişikliklərə görə, 2027-ci il yanvarın 1-dən 2028-ci il yanvarın 1-dək 2500 manatadək aylıq gəlirdən 5 faiz, 2500-8000 manat aralığında 125 manat üstəgəl 10 faiz, 8000 manatdan yuxarı gəlirdən isə 675 manat üstəgəl 14 faiz vergi tutulacaq. 2028-ci il yanvarın 1-dən isə dərəcələr daha da artaraq, 2500 manatadək gəlirdən 7 faiz, 2500-8000 manat aralığında 175 manat üstəgəl 10 faiz, 8000 manatdan yuxarı gəlirdən 725 manat üstəgəl 14 faiz olacaq. Hazırda qüvvədə olan qanunvericiliyə əsasən isə 2500 manatadək gəlirdən 3 faiz, 2500-8000 manat aralığında 75 manat üstəgəl 10 faiz, 8000 manatdan yuxarı gəlirdən 625 manat üstəgəl 14 faiz vergi tutulur. Qeyd olunub ki, 2019-cu ildən qeyri-neft-qaz və qeyri-dövlət sektorlarında çalışanlar üçün tətbiq olunan gəlir vergisi güzəştlərinin müddəti uzadılmayıb.

Azərbaycanda maaşlardan tutulan gəlir vergisi dərəcələri artırılır