İşsizlikdən sığorta haqqı yalnız nağdsız ödəniləcək
“İşsizlikdən sığorta haqqında” qanuna dəyişiklik layihəsinə əsasən, sığorta haqları yalnız nağdsız qaydada ödəniləcək.
Azərbaycanda işsizlikdən sığorta haqlarının ödənilməsi qaydasında dəyişiklik nəzərdə tutulur. Müvafiq norma “İşsizlikdən sığorta haqqında” qanuna dəyişiklik edilməsi barədə hazırlanan layihədə öz əksini tapıb. Sənədə görə, hər ay üçün hesablanan sığorta haqqı sığortaedən tərəfindən əməkhaqqı ödənişləri ilə eyni vaxtda ödəniləcək. Ödəniş müddəti sonrakı ayın 15-dən gec olmamalıdır. Bu zaman Əmək Məcəlləsinin 175-ci maddəsi nəzərə alınacaq. Layihəyə əsasən, haqqın tam məbləği yalnız nağdsız hesablaşma yolu ilə sığortaçıya köçürüləcək.
Digər xəbərlər
AMB: banklar 2027-ci ildən 4 istiqamətdə dayanıqlılıq hesabatı verəcək
Azərbaycan Mərkəzi Bankının nümayəndəsinə görə, banklar gələn ildən etibarən idarəetmə, strategiya, risklərin idarə edilməsi və kəmiyyət göstəriciləri üzrə dayanıqlılıq məlumatlarını açıqlamalı olacaq.
Milli Məclis Orta Kür sahəsi üzrə pay bölgüsü sazişini ratifikasiya etdi
Milli Məclis SOCAR, ExxonMobil və «Middle Kura» MMC arasında Orta Kür kontrakt sahəsi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında sazişi təsdiqləyib.
Deputat: Zəngəzur dəhlizi 2028-ci ilin sonuna doğru istifadəyə verilə bilər
Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Zəngəzur dəhlizinin Azərbaycan ərazisindəki avtomobil yolu hissəsi tamamlanıb, dəmir yolu işləri isə 2027-ci ilin əvvəlində başa çatacaq. Onun sözlərinə görə, bu, dəhlizin 2028-ci ilin sonlarına doğru istifadəyə verilməsinə şərait yaradır.