2027-ci ildə qaz limitləri sıfırlanacaq: yeni tarif pilləsi necə olacaq?
Azərbaycanda təbii qazın illik istehlak limiti 2027-ci il yanvarın 1-də yenilənəcək və abonentlərin sərfiyyatı yeni təqvim ilindən hesablanmağa başlayacaq.
Azərbaycanda əhali üçün təbii qazın illik istehlak limiti 2027-ci il yanvarın 1-dən yenilənəcək. Bu tarixdən etibarən abonentlərin qaz istehlakı yeni təqvim ili üzrə hesablanacaq, yəni 2026-cı ildə istifadə olunan qaz həcmi yeni limitə daxil edilməyəcək.
Hazırda əhali üçün qazın qiyməti illik istehlakdan asılı olaraq üç pillədə müəyyən olunur: 1200 kubmetrədək — 12,5 qəpik, 1200–2500 kubmetr aralığında — 22 qəpik, 2500 kubmetrdən çox — 30 qəpik.
Elektrik enerjisi üzrə isə fərqli qayda tətbiq edilir — limit illik deyil, aylıq, yəni ardıcıl 30 gün ərzindəki istehlaka əsasən hesablanır. Əhali üçün elektrik tarifləri belədir: 200 kVt/saatadək — 8,4 qəpik, 200–300 kVt/saat aralığında — 10 qəpik, 300 kVt/saatdan artıq — 15 qəpik.
Hazırda 2027-ci ildən qaz və elektrik enerjisinin vahid tariflərinin dəyişdirilməsi barədə rəsmi qərar açıqlanmayıb.
Digər xəbərlər
AMB: banklar 2027-ci ildən 4 istiqamətdə dayanıqlılıq hesabatı verəcək
Azərbaycan Mərkəzi Bankının nümayəndəsinə görə, banklar gələn ildən etibarən idarəetmə, strategiya, risklərin idarə edilməsi və kəmiyyət göstəriciləri üzrə dayanıqlılıq məlumatlarını açıqlamalı olacaq.
Milli Məclis Orta Kür sahəsi üzrə pay bölgüsü sazişini ratifikasiya etdi
Milli Məclis SOCAR, ExxonMobil və «Middle Kura» MMC arasında Orta Kür kontrakt sahəsi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında sazişi təsdiqləyib.
Deputat: Zəngəzur dəhlizi 2028-ci ilin sonuna doğru istifadəyə verilə bilər
Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Zəngəzur dəhlizinin Azərbaycan ərazisindəki avtomobil yolu hissəsi tamamlanıb, dəmir yolu işləri isə 2027-ci ilin əvvəlində başa çatacaq. Onun sözlərinə görə, bu, dəhlizin 2028-ci ilin sonlarına doğru istifadəyə verilməsinə şərait yaradır.