Əsas məzmuna keç
Savad
Maliyyə xəbərləri
İqtisadiyyatAzərbaycan14 noyabr 2026

Dövlət müəssisələrinin borclanmasına ümumi limit tətbiq ediləcək

Qısaca

Maliyyə Nazirliyi dövlət müəssisələrinin ortamüddətli dövr üçün borclanmasına ümumi limit müəyyən etməyi planlaşdırır. Növbəti ildən büdcə prosesində yeni skorinq metodologiyası da tətbiq olunacaq.

Noyabrın 13-də maliyyə naziri Sahil Babayevin sədrliyi ilə keçirilən Kollegiya iclasında dövlət müəssisələrinin borclanma siyasətinin təkmilləşdirilməsi müzakirə olunub. Bildirilib ki, bu müəssisələrin ortamüddətli dövr üçün ümumi borc limitinin müəyyənləşdirilməsi nəzərdə tutulur. İclasda həmçinin maliyyə hesabatlılığının beynəlxalq standartlara uyğunlaşdırılması və hesabat mexanizmlərinin optimallaşdırılması məsələləri də gündəmdə olub. Növbəti ildən büdcənin tərtibi, icrası və hesabatlılığı üzrə yeni skorinq metodologiyasının tətbiqi planlaşdırılır. Nazir müvafiq sənədlərin hazırlanması üçün tapşırıqlar verib.

Dövlət müəssisələrinin borclanmasına ümumi limit tətbiq ediləcək