2027-ci ildə müavinət və təqaüdlərə 2,2 milyard manat nəzərdə tutulub
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev bildirib ki, 2027-ci ildə Azərbaycanda müavinət, təqaüd və kompensasiyalara 2,2 milyard manat xərclənəcək.
Nazir Anar Əliyev bu məlumatı Milli Məclisin Əmək və sosial siyasət komitəsi ilə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin birgə iclasında «Dövlət sosial müdafiə fondunun 2027-ci il büdcəsi haqqında» qanun layihəsinin müzakirəsi zamanı açıqlayıb.
Bildirilib ki, «Büdcə sistemi haqqında» qanuna uyğun olaraq Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun 2027-ci il büdcə layihələri hazırlanıb.
Layihələr ölkənin iqtisadi-sosial inkişafı, əhalinin rifahı, məşğulluq, demoqrafik vəziyyət və makroiqtisadi proqnozlar əsasında tərtib olunub.
2027-ci il dövlət büdcəsi layihəsində əhaliyə ödənişlər, tibbi sığorta xərcləri və ictimai işlərin maliyyələşdirilməsi üçün ümumilikdə 5 milyard 503 milyon manat ayrılması nəzərdə tutulur.
Bunun tərkibində müavinət, təqaüd və kompensasiyaların ödənilməsinə 2 milyard 200 milyon manat vəsait proqnozlaşdırılıb.
Digər xəbərlər
AMB: banklar 2027-ci ildən 4 istiqamətdə dayanıqlılıq hesabatı verəcək
Azərbaycan Mərkəzi Bankının nümayəndəsinə görə, banklar gələn ildən etibarən idarəetmə, strategiya, risklərin idarə edilməsi və kəmiyyət göstəriciləri üzrə dayanıqlılıq məlumatlarını açıqlamalı olacaq.
Milli Məclis Orta Kür sahəsi üzrə pay bölgüsü sazişini ratifikasiya etdi
Milli Məclis SOCAR, ExxonMobil və «Middle Kura» MMC arasında Orta Kür kontrakt sahəsi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında sazişi təsdiqləyib.
Deputat: Zəngəzur dəhlizi 2028-ci ilin sonuna doğru istifadəyə verilə bilər
Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Zəngəzur dəhlizinin Azərbaycan ərazisindəki avtomobil yolu hissəsi tamamlanıb, dəmir yolu işləri isə 2027-ci ilin əvvəlində başa çatacaq. Onun sözlərinə görə, bu, dəhlizin 2028-ci ilin sonlarına doğru istifadəyə verilməsinə şərait yaradır.