Əsas məzmuna keç
Savad
Maliyyə xəbərləri
İqtisadiyyatAzərbaycan26 noyabr 2026

Azərbaycan neftinin qiyməti 100 dolları ötdü

Qısaca

“Azeri Light” markalı neftin qiyməti dünya bazarında 4,37 % artaraq 100,34 dollara çatıb, bu, dövlət büdcəsində nəzərdə tutulan 65 dollarlıq proqnozdan xeyli yüksəkdir.

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 4,21 dollar və ya 4,37 % artaraq 100,34 dollara yüksəlib. Məlumatı “Report”a neft bazarındakı mənbə açıqlayıb. Eyni zamanda “Brent” markalı neftin yanvar fyuçersləri 94,96 dollar səviyyəsində qiymətləndirilib. Türkiyənin Ceyhan limanında FOB bazasında isə “Azeri Light” nefti 4,18 dollar və ya 4,57 % artaraq 95,61 dollar təşkil edib. Azərbaycanın bu ilki dövlət büdcəsi bir barel neftin orta qiyməti 65 dollar əsasında hesablanıb. Qeyd olunur ki, “Azeri Light” neftinin tarixi minimumu 2020-ci il aprelin 21-də 15,81 dollar, maksimumu isə 2008-ci ilin iyulunda 149,66 dollar olub. Bu neft “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi çərçivəsində hasil edilir, burada SOCAR-ın payı 35,3 %-dir.

Azərbaycan neftinin qiyməti 100 dolları ötdü