Əsas məzmuna keç
Savad
Maliyyə xəbərləri
İqtisadiyyatAzərbaycan20 noyabr 2026

Azərbaycan neftinin qiyməti 98 dolları ötdü

Qısaca

“Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,81% artaraq 98,41 dollara çatıb.

Dünya bazarlarında Azərbaycanın “Azeri Light” (CIF) markalı nefti bahalaşıb. APA-Economics-in məlumatına görə, neftin 1 barelinin qiyməti 0,79 dollar və ya 0,81% artaraq 98,41 ABŞ dollarına yüksəlib. Əvvəlki qiymət 97,62 dollar təşkil edib. Qeyd olunur ki, bu ilki dövlət büdcəsində Azərbaycan neftinin orta qiyməti 65 ABŞ dolları səviyyəsində proqnozlaşdırılıb.

Azərbaycan neftinin qiyməti 98 dolları ötdü