Əsas məzmuna keç
Savad
Maliyyə xəbərləri
İqtisadiyyatAzərbaycan5 noyabr 2026

Azərbaycan neftinin qiyməti 107 dollara yaxınlaşıb

Qısaca

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin qiyməti kəskin ucuzlaşaraq 106,81 dollara düşüb.

Dünya bazarlarında Azərbaycan neftinin qiyməti sərt şəkildə aşağı düşüb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 6,64 dollar və ya 5,85 faiz azalaraq 106,81 ABŞ dollarına enib. Bundan əvvəl bu neftin qiyməti 113,45 dollar səviyyəsində idi. Qeyd olunur ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsi bir barel neftin orta qiyməti 65 ABŞ dolları hesabına əsaslanır.

Azərbaycan neftinin qiyməti 107 dollara yaxınlaşıb