Azərbaycan neftinin qiyməti yenidən 100 dolları keçdi
Dünya bazarlarında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 100,63 dollara yüksəlib.
APA-Economics-in məlumatına görə, “Azeri Light” neftinin qiyməti 1,23 dollar və ya 1,24 faiz artaraq bir barel üçün 100,63 ABŞ dollarına çatıb. Bundan əvvəl neftin qiyməti 99,40 dollar səviyyəsində idi. Qeyd olunur ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsi bir barel neftin orta qiymətinin 65 ABŞ dolları olacağı fərziyyəsi əsasında hazırlanıb.
Digər xəbərlər
AMB: banklar 2027-ci ildən 4 istiqamətdə dayanıqlılıq hesabatı verəcək
Azərbaycan Mərkəzi Bankının nümayəndəsinə görə, banklar gələn ildən etibarən idarəetmə, strategiya, risklərin idarə edilməsi və kəmiyyət göstəriciləri üzrə dayanıqlılıq məlumatlarını açıqlamalı olacaq.
Milli Məclis Orta Kür sahəsi üzrə pay bölgüsü sazişini ratifikasiya etdi
Milli Məclis SOCAR, ExxonMobil və «Middle Kura» MMC arasında Orta Kür kontrakt sahəsi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında sazişi təsdiqləyib.
Deputat: Zəngəzur dəhlizi 2028-ci ilin sonuna doğru istifadəyə verilə bilər
Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Zəngəzur dəhlizinin Azərbaycan ərazisindəki avtomobil yolu hissəsi tamamlanıb, dəmir yolu işləri isə 2027-ci ilin əvvəlində başa çatacaq. Onun sözlərinə görə, bu, dəhlizin 2028-ci ilin sonlarına doğru istifadəyə verilməsinə şərait yaradır.