Əsas məzmuna keç
Savad
Maliyyə xəbərləri
İqtisadiyyatAzərbaycan31 oktyabr 2026

Azəri Light neftinin qiyməti 126 dolları ötdü

Qısaca

Dünya bazarında Azərbaycan neftinin bir bareli 3,88 dollar (3,17 %) bahalaşaraq 126,16 dollara çatıb, bu, dövlət büdcəsində nəzərdə tutulan qiymətdən xeyli yüksəkdir.

Neft bazarındakı mənbənin Report-a verdiyi məlumata görə, Azəri Light markalı Azərbaycan neftinin bir barelinin qiyməti 126,16 ABŞ dollarına yüksəlib. Eyni zamanda Brent markalı neftin dekabr fyuçersləri 118,76 dollar səviyyəsində qiymətləndirilib. Türkiyənin Ceyhan limanında FOB bazası ilə Azəri Light neftinin qiyməti isə 4,1 dollar (3,65 %) artaraq 116,48 dollar olub. Azərbaycanın bu ilki dövlət büdcəsi bir barel neftin orta qiyməti 65 dollar əsas götürülərək formalaşdırılıb. Azəri Light neftinin tarixən ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 dollar, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda 149,66 dollar olaraq qeydə alınıb. Bu marka neft Azəri-Çıraq-Günəşli yataqlar blokunun işlənməsi çərçivəsində hasil edilir, burada SOCAR-ın payı 35,3 %-dir.

Azəri Light neftinin qiyməti 126 dolları ötdü