Azərbaycan nefti 113,45 dollara satılır
Dünya bazarlarında “Azeri Light” markalı Azərbaycan neftinin qiyməti bir barel üçün 113,45 ABŞ dollarına düşüb.
APA-Economics-in məlumatına görə, “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,05 dollar və ya 2,62 faiz azalaraq 113,45 ABŞ dollarına enib. Əvvəlki ticarət sessiyasında neftin qiyməti 116,5 ABŞ dolları səviyyəsində olub. Qeyd edək ki, cari ildə dövlət büdcəsi “Azeri Light” neftinin orta qiymətinin 1 barelə 65 ABŞ dolları olacağı fərziyyəsi əsasında hazırlanıb.
Digər xəbərlər
AMB: banklar 2027-ci ildən 4 istiqamətdə dayanıqlılıq hesabatı verəcək
Azərbaycan Mərkəzi Bankının nümayəndəsinə görə, banklar gələn ildən etibarən idarəetmə, strategiya, risklərin idarə edilməsi və kəmiyyət göstəriciləri üzrə dayanıqlılıq məlumatlarını açıqlamalı olacaq.
Milli Məclis Orta Kür sahəsi üzrə pay bölgüsü sazişini ratifikasiya etdi
Milli Məclis SOCAR, ExxonMobil və «Middle Kura» MMC arasında Orta Kür kontrakt sahəsi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında sazişi təsdiqləyib.
Deputat: Zəngəzur dəhlizi 2028-ci ilin sonuna doğru istifadəyə verilə bilər
Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Zəngəzur dəhlizinin Azərbaycan ərazisindəki avtomobil yolu hissəsi tamamlanıb, dəmir yolu işləri isə 2027-ci ilin əvvəlində başa çatacaq. Onun sözlərinə görə, bu, dəhlizin 2028-ci ilin sonlarına doğru istifadəyə verilməsinə şərait yaradır.