Bitcoin son sutkada 2% ucuzlaşaraq 74,2 min dollara düşüb
Kriptovalyuta bazarında son 24 saatda əksər əsas aktivlərdə qiymət düşüşü müşahidə olunub, Bitcoin 74 201 dollara enib.
СoinMarketCap platformasının məlumatına görə, Bitcoin son sutkada 2% ucuzlaşaraq 74 201,19 dollara düşüb, son həftə ərzində isə düşüş 4,89% təşkil edib. Ethereum 2 120,06 dollara, BNB isə 681,50 dollara qədər ucuzlaşıb. XRP 6,04% enərək 1,09 dollara, Solana 3,23% aşağı düşərək 86,23 dollara çatıb. Dogecoin 2,96%, Hyperliquid 4,06%, Zcash isə 3,75% ucuzlaşıb, Monero 0,23% azalaraq 595,43 dollar olub. Yalnız bəzi aktivlərdə cüzi dəyişiklik qeydə alınıb — TRON son sutkada 1,07% ucuzlaşsa da, həftəlik 0,99% bahalaşıb, Tether və USD Coin-in qiymətində isə ciddi dəyişiklik olmayıb.
Digər xəbərlər
AMB: banklar 2027-ci ildən 4 istiqamətdə dayanıqlılıq hesabatı verəcək
Azərbaycan Mərkəzi Bankının nümayəndəsinə görə, banklar gələn ildən etibarən idarəetmə, strategiya, risklərin idarə edilməsi və kəmiyyət göstəriciləri üzrə dayanıqlılıq məlumatlarını açıqlamalı olacaq.
Milli Məclis Orta Kür sahəsi üzrə pay bölgüsü sazişini ratifikasiya etdi
Milli Məclis SOCAR, ExxonMobil və «Middle Kura» MMC arasında Orta Kür kontrakt sahəsi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında sazişi təsdiqləyib.
Deputat: Zəngəzur dəhlizi 2028-ci ilin sonuna doğru istifadəyə verilə bilər
Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Zəngəzur dəhlizinin Azərbaycan ərazisindəki avtomobil yolu hissəsi tamamlanıb, dəmir yolu işləri isə 2027-ci ilin əvvəlində başa çatacaq. Onun sözlərinə görə, bu, dəhlizin 2028-ci ilin sonlarına doğru istifadəyə verilməsinə şərait yaradır.