Bitcoin son iki ildə ilk dəfə 56 min dollara düşdü
Kriptovalyuta bazarında kəskin satışlar fonunda Bitcoin son 26 ayın ən aşağı səviyyəsinə enib, bazar kapitallaşması 1,13 trilyon dollara düşüb.
CoinMarketCap məlumatına görə, Bitcoinin qiyməti son sutkada 8,97% azalaraq 56 155,98 dollara enib, gün ərzində isə 55 830 dollara qədər düşərək 26 ayın minimumunu yeniləyib. Son həftədə kriptovalyuta 16,31%, son ayda isə 32,21% ucuzlaşıb. Ethereum 9,28% azalaraq 1 568,29 dollara, BNB 8,96% azalaraq 516,22 dollara, Zcash isə 16,89% azalaraq 703,77 dollara düşüb. Qızılla təminatlanmış kriptovalyutalarda azalma nisbətən zəif olub — PAX Gold və Tether Gold cəmi 0,3% ətrafında ucuzlaşıb. Analitiklər eniş səbəbini ABŞ-da texnologiya və süni intellekt şirkətlərinin səhmlərindəki satışlar, Federal Ehtiyat Sisteminin faiz siyasəti ilə bağlı qeyri-müəyyənlik və kriptovalyuta ETF-lərindən kapital çıxışı ilə izah edirlər. Noyabrın 19-da ABŞ-nin spot Bitcoin ETF-lərindən təxminən 582 milyon dollar vəsait çıxarılıb, ertəsi gün isə kredit çiyni ilə açılmış 1,5 milyard dollarlıq mövqelərin məcburi bağlanması satış təzyiqini artırıb.
Digər xəbərlər
AMB: banklar 2027-ci ildən 4 istiqamətdə dayanıqlılıq hesabatı verəcək
Azərbaycan Mərkəzi Bankının nümayəndəsinə görə, banklar gələn ildən etibarən idarəetmə, strategiya, risklərin idarə edilməsi və kəmiyyət göstəriciləri üzrə dayanıqlılıq məlumatlarını açıqlamalı olacaq.
Milli Məclis Orta Kür sahəsi üzrə pay bölgüsü sazişini ratifikasiya etdi
Milli Məclis SOCAR, ExxonMobil və «Middle Kura» MMC arasında Orta Kür kontrakt sahəsi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında sazişi təsdiqləyib.
Deputat: Zəngəzur dəhlizi 2028-ci ilin sonuna doğru istifadəyə verilə bilər
Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Zəngəzur dəhlizinin Azərbaycan ərazisindəki avtomobil yolu hissəsi tamamlanıb, dəmir yolu işləri isə 2027-ci ilin əvvəlində başa çatacaq. Onun sözlərinə görə, bu, dəhlizin 2028-ci ilin sonlarına doğru istifadəyə verilməsinə şərait yaradır.