AMB: Sığorta şirkətləri açıq maliyyə vasitəsilə müştəri tarixçəsindən istifadə edəcək
Mərkəzi Bank bildirib ki, açıq maliyyə funksionallığı sayəsində sığorta şirkətləri müştərilərin digər şirkətlərdəki tarixçəsinə baxaraq risklərini daha dəqiq qiymətləndirə biləcək.
Bakıda keçirilən X Beynəlxalq Bankçılıq Forumunda AMB-nin Maliyyə Texnologiyaları və İnnovasiyalar Departamentinin mütəxəssisi Elmar Didakanan çıxış edib. O bildirib ki, açıq maliyyə sistemi sayəsində vətəndaş razılıq verdiyi halda, sığorta şirkəti onun digər şirkətlərdəki əvvəlki sığorta tarixçəsinə baxa biləcək. Məsələn, KASKO sığortası almaq istəyən, lakin həmin şirkətdə tarixçəsi olmayan müştərinin risk səviyyəsi bu yolla daha dəqiq müəyyənləşdiriləcək. Bu, öz növbəsində müştərinin fərdi xüsusiyyətlərinə uyğun sığorta tariflərinin tətbiqinə imkan yaradacaq. AMB rəsmisi vurğulayıb ki, əsas məqsəd yalnız məlumat toplamaq deyil, bu məlumatlar əsasında vətəndaşlara faydalı məhsul və xidmətlər yaratmaqdır.
Digər xəbərlər
AMB: banklar 2027-ci ildən 4 istiqamətdə dayanıqlılıq hesabatı verəcək
Azərbaycan Mərkəzi Bankının nümayəndəsinə görə, banklar gələn ildən etibarən idarəetmə, strategiya, risklərin idarə edilməsi və kəmiyyət göstəriciləri üzrə dayanıqlılıq məlumatlarını açıqlamalı olacaq.
Milli Məclis Orta Kür sahəsi üzrə pay bölgüsü sazişini ratifikasiya etdi
Milli Məclis SOCAR, ExxonMobil və «Middle Kura» MMC arasında Orta Kür kontrakt sahəsi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında sazişi təsdiqləyib.
Deputat: Zəngəzur dəhlizi 2028-ci ilin sonuna doğru istifadəyə verilə bilər
Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Zəngəzur dəhlizinin Azərbaycan ərazisindəki avtomobil yolu hissəsi tamamlanıb, dəmir yolu işləri isə 2027-ci ilin əvvəlində başa çatacaq. Onun sözlərinə görə, bu, dəhlizin 2028-ci ilin sonlarına doğru istifadəyə verilməsinə şərait yaradır.