Əsas məzmuna keç
Savad
Maliyyə xəbərləri
İqtisadiyyatAzərbaycan15 noyabr 2026

Hesablama Palatası: Qiymət artımı davam edəcək

Qısaca

Hesablama Palatası 2027-ci il dövlət büdcəsinə verdiyi rəydə bildirib ki, 2026-cı ilin doqquz ayında orta illik inflyasiya 5,7% olub və il üzrə proqnozlaşdırılan göstərici ətrafında qalacaq.

Hesablama Palatasının 2027-ci il dövlət büdcəsi üzrə rəyinə görə, 2026-cı ilin yanvar-sentyabr aylarında istehlak qiymətləri indeksi orta illik ifadədə 5,7% artıb. Sentyabrda illik inflyasiya 5,5%, aylıq inflyasiya isə 0,9% təşkil edib. Qiymət artımı əsasən qida məhsulları və ödənişli xidmətlər üzrə müşahidə olunub. Palata bildirir ki, inflyasiyaya həm xarici amillər — o cümlədən idxal qiymətlərinin artması (26,8%) — həm də daxili amillər təsir göstərib. Sənaye məhsullarının istehsalçı qiymət indeksi 24,7%, kənd təsərrüfatı məhsullarının isə 3,8% artıb. Hesablama Palatasının qiymətləndirməsinə görə, ilin sonunda inflyasiya ilkin proqnozdan 0,9 faiz bəndi çox olmaqla 5,7% səviyyəsində gözlənilir.

Hesablama Palatası: Qiymət artımı davam edəcək