Hesablama Palatası ARDNF-in 2027-ci il büdcə layihəsinə rəy verdi
Hesablama Palatası Azərbaycan Dövlət Neft Fondunun 2027-ci il büdcə layihəsi üzrə rəyini təsdiqləyib və aidiyyəti qurumlara göndərib.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə Kollegiyanın növbəti iclası keçirilib. İclasda ARDNF-in 2027-ci il büdcə layihəsinə dair hazırlanmış rəy müzakirə olunub. Sənəddə gəlir və xərc proqnozlarının əsaslılığı, habelə Fondun investisiya siyasətinin qanunvericiliyə uyğunluğu təhlil edilib. Aparılan araşdırmalar əsasında müvafiq tövsiyələr hazırlanıb. Müzakirələrdən sonra rəyin təsdiqlənməsi və aidiyyəti qurumlara göndərilməsi barədə qərar qəbul edilib.
Digər xəbərlər
AMB: banklar 2027-ci ildən 4 istiqamətdə dayanıqlılıq hesabatı verəcək
Azərbaycan Mərkəzi Bankının nümayəndəsinə görə, banklar gələn ildən etibarən idarəetmə, strategiya, risklərin idarə edilməsi və kəmiyyət göstəriciləri üzrə dayanıqlılıq məlumatlarını açıqlamalı olacaq.
Milli Məclis Orta Kür sahəsi üzrə pay bölgüsü sazişini ratifikasiya etdi
Milli Məclis SOCAR, ExxonMobil və «Middle Kura» MMC arasında Orta Kür kontrakt sahəsi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında sazişi təsdiqləyib.
Deputat: Zəngəzur dəhlizi 2028-ci ilin sonuna doğru istifadəyə verilə bilər
Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Zəngəzur dəhlizinin Azərbaycan ərazisindəki avtomobil yolu hissəsi tamamlanıb, dəmir yolu işləri isə 2027-ci ilin əvvəlində başa çatacaq. Onun sözlərinə görə, bu, dəhlizin 2028-ci ilin sonlarına doğru istifadəyə verilməsinə şərait yaradır.