Əsas məzmuna keç
Savad
Maliyyə xəbərləri
İqtisadiyyatAzərbaycan15 noyabr 2026

Hesablama Palatası bəzi dövlət müəssisələrinin ləğvini təklif edir

Qısaca

Hesablama Palatası 2027-ci il dövlət büdcəsi layihəsinə dair rəyində gəlirsiz dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsinin nəzərdən keçirilməsini təklif edib.

Hesablama Palatası “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” Qanun layihəsinə verdiyi rəydə dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi üçün bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsinə baxılmasını təklif edib. Qurum qeyd edib ki, dividend ödəməyən dövlət müəssisələrinin, o cümlədən törəmə şirkətlərin maliyyə vəziyyətinin yaxşılaşdırılması üçün zəruri addımların atılması vacibdir. Hesablama Palatasının fikrincə, əsassız səbəbdən gəlir əldə edə bilməyən və son illərdə rentabelsizliyi davam edən dövlət müəssisələrinin optimallaşdırılması, struktur yenidənqurulması, ləğvi və ya özəlləşdirilməsi məsələlərinə baxılması məqsədəuyğundur.

Hesablama Palatası bəzi dövlət müəssisələrinin ləğvini təklif edir