Kibertəhlükəsizlik Agentliyi fərdi məlumatların qorunmasını gücləndirməyə çağırıb
Milli Kibertəhlükəsizlik Agentliyi son dövrlər baş verən məlumat sızmaları fonunda dövlət və özəl qurumları fərdi məlumatların mühafizəsi tədbirlərini gücləndirməyə çağırıb.
Agentlik bildirir ki, son dövrlərdə dünyada və regionda müxtəlif qurumların informasiya sistemlərində baş verən insidentlər nəticəsində böyük həcmdə fərdi məlumatlar sızıb. Araşdırmalara görə, bunun əsas səbəbləri arasında mühafizə tədbirlərinin zəif tətbiqi, sistemlərə girişin düzgün idarə olunmaması, üçüncü tərəf xidmət təminatçıları ilə münasibətlərdə öhdəliklərin aydın müəyyən edilməməsi və risklərin vaxtında aşkar edilməməsi yer alır. Bu səbəbdən Agentlik fərdi məlumat mülkiyyətçilərini və operatorlarını mövcud mühafizə tədbirlərinin effektivliyini yoxlamağa və gücləndirməyə çağırıb. Qeyd olunub ki, məlumatların işlənməsinin üçüncü tərəfə həvalə edilməsi qanuni mühafizə öhdəliklərini ləğv etmir və bu öhdəliklərin pozulması inzibati məsuliyyətə səbəb ola bilər. Agentlik bildirib ki, bu sahədə qanunvericiliyə riayət olunmasına nəzarəti davam etdirir.
Digər xəbərlər
AMB: banklar 2027-ci ildən 4 istiqamətdə dayanıqlılıq hesabatı verəcək
Azərbaycan Mərkəzi Bankının nümayəndəsinə görə, banklar gələn ildən etibarən idarəetmə, strategiya, risklərin idarə edilməsi və kəmiyyət göstəriciləri üzrə dayanıqlılıq məlumatlarını açıqlamalı olacaq.
Milli Məclis Orta Kür sahəsi üzrə pay bölgüsü sazişini ratifikasiya etdi
Milli Məclis SOCAR, ExxonMobil və «Middle Kura» MMC arasında Orta Kür kontrakt sahəsi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında sazişi təsdiqləyib.
Deputat: Zəngəzur dəhlizi 2028-ci ilin sonuna doğru istifadəyə verilə bilər
Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Zəngəzur dəhlizinin Azərbaycan ərazisindəki avtomobil yolu hissəsi tamamlanıb, dəmir yolu işləri isə 2027-ci ilin əvvəlində başa çatacaq. Onun sözlərinə görə, bu, dəhlizin 2028-ci ilin sonlarına doğru istifadəyə verilməsinə şərait yaradır.