ABB istiqrazlarına sifarişlər 22 milyon manatı ötüb
ABB-nin Bakı Fond Birjasında yerləşdirdiyi iki istiqraz buraxılışı üzrə sifarişlər təklif olunan həcmi 1,5 dəfə üstələyib. Ümumi sifariş həcmi 22,17 milyon manat təşkil edib.
ABB-nin istiqrazlarına abunə yazılışının növbəti mərhələsi başa çatıb. Ümumi həcmi 15 milyon manat olan iki buraxılış tam yerləşdirilib, sifarişlərin məbləği isə 22 173 200 manata çatıb.
1 illik, illik 8,5% gəlirli buraxılış üzrə 5 milyon manatlıq təklifə qarşı 8,42 milyon manatlıq sifariş daxil olub, 83 investordan 81-i təmin olunub.
2 illik, illik 9% gəlirli buraxılış üzrə isə 10 milyon manatlıq təklifə 13,75 milyon manatlıq sifariş verilib və bütün 94 investorun sifarişi tam icra olunub.
İstiqrazlar adlı, faizli, təminatsız və sənədsiz formada buraxılıb, faiz ödənişləri hər 30 gündən bir həyata keçiriləcək, fiziki şəxslər üçün gəlirlər vergidən azaddır.
Yerləşdirmə Bakı Fond Birjasında kütləvi təklif üsulu ilə həyata keçirilib, anderrayter kimi «ABB-İnvest» İnvestisiya Şirkəti çıxış edib, istiqrazlar «Standart bazar» seqmentinə daxil edilib.
Digər xəbərlər
AMB: banklar 2027-ci ildən 4 istiqamətdə dayanıqlılıq hesabatı verəcək
Azərbaycan Mərkəzi Bankının nümayəndəsinə görə, banklar gələn ildən etibarən idarəetmə, strategiya, risklərin idarə edilməsi və kəmiyyət göstəriciləri üzrə dayanıqlılıq məlumatlarını açıqlamalı olacaq.
Milli Məclis Orta Kür sahəsi üzrə pay bölgüsü sazişini ratifikasiya etdi
Milli Məclis SOCAR, ExxonMobil və «Middle Kura» MMC arasında Orta Kür kontrakt sahəsi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında sazişi təsdiqləyib.
Deputat: Zəngəzur dəhlizi 2028-ci ilin sonuna doğru istifadəyə verilə bilər
Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Zəngəzur dəhlizinin Azərbaycan ərazisindəki avtomobil yolu hissəsi tamamlanıb, dəmir yolu işləri isə 2027-ci ilin əvvəlində başa çatacaq. Onun sözlərinə görə, bu, dəhlizin 2028-ci ilin sonlarına doğru istifadəyə verilməsinə şərait yaradır.