Lukoil Şahdəniz yatağındakı payını konsorsiuma verə bilər
Rusiyanın Lukoil şirkəti Azərbaycanın Şahdəniz yatağındakı 19,99% payından ayrılaraq, aktivlərini ABŞ milyarderi Todd Boelinin rəhbərlik etdiyi konsorsiuma təhvil verə bilər. Razılaşma OFAC-ın təsdiqindən asılıdır.
Reuters agentliyinin məlumatına görə, Lukoil beynəlxalq aktivlərini Todd Boelinin «Eldridge» şirkəti, ABŞ-ın DFC qurumu, Xtellus Partners investisiya bankı və BƏƏ-də qeydiyyatlı Catena Investment Holding-dən ibarət konsorsiuma ötürmək barədə razılaşma imzalayıb. Əməliyyat Lukoil-un təxminən 16 milyard dollar dəyərindəki aktivlərinin (o cümlədən Azərbaycan və Qazaxıstandakı layihələr, Niderland, Bolqarıstan və Rumıniyadakı zavodlar) təxminən 10 milyard dollarlıq qiymətli kağızlar müqabilində verilməsini nəzərdə tutur. Rusiya tərəfinə birbaşa pul ödənişi olmayacaq, qiymətli kağızlar beş il və ya sanksiyalar aradan qalxanadək məhdud hesabda saxlanılacaq. Hazırda Lukoil Şahdəniz layihəsində BP-dən sonra ikinci ən böyük pay sahibidir (19,99%), digər tərəfdaşlar arasında TPAO, Cənub Qaz Dəhlizi QSC, NICO və MVM var. Əməliyyatın başa çatması ABŞ Maliyyə Nazirliyinin OFAC qurumunun təsdiqindən asılıdır və Boelinin sözlərinə görə, proses bir ilə qədər çəkə bilər.
Digər xəbərlər
AMB: banklar 2027-ci ildən 4 istiqamətdə dayanıqlılıq hesabatı verəcək
Azərbaycan Mərkəzi Bankının nümayəndəsinə görə, banklar gələn ildən etibarən idarəetmə, strategiya, risklərin idarə edilməsi və kəmiyyət göstəriciləri üzrə dayanıqlılıq məlumatlarını açıqlamalı olacaq.
Milli Məclis Orta Kür sahəsi üzrə pay bölgüsü sazişini ratifikasiya etdi
Milli Məclis SOCAR, ExxonMobil və «Middle Kura» MMC arasında Orta Kür kontrakt sahəsi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında sazişi təsdiqləyib.
Deputat: Zəngəzur dəhlizi 2028-ci ilin sonuna doğru istifadəyə verilə bilər
Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Zəngəzur dəhlizinin Azərbaycan ərazisindəki avtomobil yolu hissəsi tamamlanıb, dəmir yolu işləri isə 2027-ci ilin əvvəlində başa çatacaq. Onun sözlərinə görə, bu, dəhlizin 2028-ci ilin sonlarına doğru istifadəyə verilməsinə şərait yaradır.