Moody’s: Geosiyasi dəyişikliklər Azərbaycana yeni iqtisadi imkanlar açır
Beynəlxalq reytinq agentliyi Moody’s Ratings bildirib ki, regiondakı geosiyasi proseslər Azərbaycan üçün neft gəlirlərinin artması və ticarət marşrutlarının inkişafı baxımından yeni imkanlar yaradır.
Moody’s Ratings-in açıqlamasına görə, Rusiya-Ukrayna müharibəsi regiondakı geosiyasi dəyişikliklərin əsas hərəkətverici qüvvəsidir, Yaxın Şərqdəki hadisələrin isə regionala təsiri əsasən neytral qiymətləndirilir. Agentliyin qiymətləndirməsinə əsasən, Azərbaycan və Qazaxıstan üçün neft gəlirlərinin artması əsas iqtisadi imkanlardan biridir. Rusiyadan yan keçən ticarət və kapital axınları, Çin və Yaxın Şərq ölkələri ilə tərəfdaşlığın genişlənməsi, həmçinin beynəlxalq yük daşımalarının Orta Dəhlizə yönəlməsi də əlavə imkanlar kimi göstərilib. Bundan əlavə, Körfəz ölkələri ilə ticarət və idxal əlaqələrinin məhdud olması region üçün üstünlük kimi qeyd olunub.
Digər xəbərlər
AMB: banklar 2027-ci ildən 4 istiqamətdə dayanıqlılıq hesabatı verəcək
Azərbaycan Mərkəzi Bankının nümayəndəsinə görə, banklar gələn ildən etibarən idarəetmə, strategiya, risklərin idarə edilməsi və kəmiyyət göstəriciləri üzrə dayanıqlılıq məlumatlarını açıqlamalı olacaq.
Milli Məclis Orta Kür sahəsi üzrə pay bölgüsü sazişini ratifikasiya etdi
Milli Məclis SOCAR, ExxonMobil və «Middle Kura» MMC arasında Orta Kür kontrakt sahəsi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında sazişi təsdiqləyib.
Deputat: Zəngəzur dəhlizi 2028-ci ilin sonuna doğru istifadəyə verilə bilər
Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Zəngəzur dəhlizinin Azərbaycan ərazisindəki avtomobil yolu hissəsi tamamlanıb, dəmir yolu işləri isə 2027-ci ilin əvvəlində başa çatacaq. Onun sözlərinə görə, bu, dəhlizin 2028-ci ilin sonlarına doğru istifadəyə verilməsinə şərait yaradır.