İpoteka müraciətləri SİMA İmzanın üztanıma texnologiyası ilə təsdiqlənəcək
İpoteka krediti üçün onlayn müraciətlər artıq yalnız SİMA yeni nəsil rəqəmsal imzanın üztanıma funksiyası ilə təsdiqlənəcək, pin kod kimi digər üsullar istifadə olunmayacaq.
Vətəndaşlar ipoteka krediti üçün kredit limitinin ayrılması zamanı onlayn müraciətlərini artıq pin kod yox, yalnız SİMA İmzanın üztanıma texnologiyası ilə təsdiqləyəcəklər. Bu, hər bir müraciətin şəxsən vətəndaşın özü tərəfindən biometrik yolla doğrulanmasını təmin edəcək. Yeni qayda ipoteka ilə mənzil alışında təhlükəsizliyi və şəffaflığı artırmaq, sui-istifadə hallarının və kənar müdaxilə risklərinin qarşısını almaq məqsədi daşıyır. Bununla bütün müraciət edənlər üçün bərabər şərait yaradılacağı bildirilir. SİMA yeni nəsil rəqəmsal imza AZCON Holdinqə daxil olan AzInTelecom MMC tərəfindən hazırlanıb və istifadəçilərə dövlət və özəl xidmətlərdən məsafədən, pulsuz və sürətli şəkildə yararlanmaq imkanı verir.
Digər xəbərlər
AMB: banklar 2027-ci ildən 4 istiqamətdə dayanıqlılıq hesabatı verəcək
Azərbaycan Mərkəzi Bankının nümayəndəsinə görə, banklar gələn ildən etibarən idarəetmə, strategiya, risklərin idarə edilməsi və kəmiyyət göstəriciləri üzrə dayanıqlılıq məlumatlarını açıqlamalı olacaq.
Milli Məclis Orta Kür sahəsi üzrə pay bölgüsü sazişini ratifikasiya etdi
Milli Məclis SOCAR, ExxonMobil və «Middle Kura» MMC arasında Orta Kür kontrakt sahəsi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında sazişi təsdiqləyib.
Deputat: Zəngəzur dəhlizi 2028-ci ilin sonuna doğru istifadəyə verilə bilər
Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Zəngəzur dəhlizinin Azərbaycan ərazisindəki avtomobil yolu hissəsi tamamlanıb, dəmir yolu işləri isə 2027-ci ilin əvvəlində başa çatacaq. Onun sözlərinə görə, bu, dəhlizin 2028-ci ilin sonlarına doğru istifadəyə verilməsinə şərait yaradır.