Əsas məzmuna keç
Savad
Maliyyə xəbərləri
İqtisadiyyatDünya1 noyabr 2026

OPEC+ ölkələri dekabr üçün neft hasilatını saxlamaq barədə razılığa gəlib

Qısaca

OPEC+ çərçivəsində yeddi ölkə dekabr ayında neft hasilatı kvotalarını dəyişməz saxlamaq barədə ilkin razılığa gəlib, yekun qərar noyabrın 1-də qəbul olunacaq.

Reuters agentliyinin mənbələrinə istinadən yaydığı məlumata görə, OPEC+ üzvü olan yeddi ölkə dekabr ayı üçün neft hasilatı kvotalarını əvvəlki səviyyədə saxlamaq barədə prinsipial razılığa gəlib. Gözlənilənə görə, hasilat siyasətinə yeni dəyişikliklər ən tez gələn il ediləcək. Yekun qərarın noyabrın 1-də keçiriləcək görüşdə qəbul olunması nəzərdə tutulur. Qeyd olunur ki, 2025-ci ilin aprelindən səkkiz ölkə - Səudiyyə Ərəbistanı, Rusiya, İraq, Küveyt, Qazaxıstan, Əlcəzair, Oman və Birləşmiş Ərəb Əmirlikləri - könüllü olaraq azaltdıqları hasilatı tədricən bərpa etməyə başlayıb. Sentyabr ayında bu ölkələr gündəlik 2,2 milyon barellik könüllü məhdudiyyətləri planlaşdırıldığından bir il əvvəl tam ləğv edib, keçən ilin oktyabrından isə əlavə 1,65 milyon barellik məhdudiyyətlərin aradan qaldırılmasına başlanılıb.

OPEC+ ölkələri dekabr üçün neft hasilatını saxlamaq barədə razılığa gəlib