1Password parol idarəetmə platforması kiberhücuma məruz qalıb
Dünyanın ən böyük parol idarəetmə xidmətlərindən biri olan 1Password-a kiberhücum edilib, hakerlər bəzi istifadəçi məlumatlarını ələ keçiriblər. Şirkət parol anbarının toxunulmaz qaldığını bildirir.
Bloomberg-in məlumatına görə, hakerlər 1Password platformasının daxili sistemlərinə nüfuz edərək istifadəçilərin adlarını, elektron poçt ünvanlarını, hesab yaradılma tarixlərini, sistemdən çıxış vaxtlarını və məxfi olmayan metadataları ələ keçiriblər. Şirkət bildirib ki, istifadəçilərin parol anbarı sındırılmayıb. Araşdırmaya görə, hücum əməkdaşlardan birinin korporativ GitHub hesabına icazəsiz giriş əldə edilməsi ilə başlayıb və bu yolla mənbə koduna zərərli kod yerləşdirilib. Bu, hakerlərə arxa plan xidmətləri vasitəsilə istifadəçi məlumatlarına çıxış imkanı verib. 1Password müştəriləri şirkət adından gələ biləcək şübhəli e-poçt, mesaj və zənglərə qarşı ehtiyatlı olmağa çağırıb və xatırladıb ki, şirkət heç vaxt müştərilərdən parol və ya gizli açar tələb etmir.
Digər xəbərlər
AMB: banklar 2027-ci ildən 4 istiqamətdə dayanıqlılıq hesabatı verəcək
Azərbaycan Mərkəzi Bankının nümayəndəsinə görə, banklar gələn ildən etibarən idarəetmə, strategiya, risklərin idarə edilməsi və kəmiyyət göstəriciləri üzrə dayanıqlılıq məlumatlarını açıqlamalı olacaq.
Milli Məclis Orta Kür sahəsi üzrə pay bölgüsü sazişini ratifikasiya etdi
Milli Məclis SOCAR, ExxonMobil və «Middle Kura» MMC arasında Orta Kür kontrakt sahəsi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında sazişi təsdiqləyib.
Deputat: Zəngəzur dəhlizi 2028-ci ilin sonuna doğru istifadəyə verilə bilər
Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Zəngəzur dəhlizinin Azərbaycan ərazisindəki avtomobil yolu hissəsi tamamlanıb, dəmir yolu işləri isə 2027-ci ilin əvvəlində başa çatacaq. Onun sözlərinə görə, bu, dəhlizin 2028-ci ilin sonlarına doğru istifadəyə verilməsinə şərait yaradır.