Əsas məzmuna keç
Savad
Maliyyə xəbərləri
İqtisadiyyatAzərbaycan21 noyabr 2026

Azərbaycan neftinin qiyməti aşağı düşdü

Qısaca

“Azeri Light” neftinin bir barelinin qiyməti dünya bazarında 1,5% ucuzlaşaraq 96,93 dollara enib, “Brent”in fyuçersləri isə 91,24 dollar səviyyəsində qeydə alınıb.

Neft bazarındakı mənbənin “Report”a verdiyi məlumata görə, dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,48 dollar və ya 1,5% azalaraq 96,93 dollar təşkil edib. Eyni zamanda, “Brent” markalı neftin yanvar fyuçerslərinin qiyməti hərraclarda 91,24 dollara çatıb. Türkiyənin Ceyhan limanında FOB bazasında isə “Azeri Light” neftinin qiyməti 2,04 dollar (2,2%) aşağı düşərək 91,98 dollar olub. Qeyd edək ki, bu ilki dövlət büdcəsi bir barel neftin orta qiyməti 65 dollar əsas götürülərək formalaşdırılıb. Tarixən “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb. Bu markalı neft Azərbaycanda “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi çərçivəsində hasil olunur, burada SOCAR-ın payı 35,3%-dir.

Azərbaycan neftinin qiyməti aşağı düşdü