Şahdəniz yatağında 2027-ci il üçün hasilat azalması proqnozlaşdırılır
2027-ci ilin büdcə sənədinə görə, Şahdəniz yatağında kondensat və qaz hasilatının azalması, eləcə də qaz qiymətlərinin düşməsi nəticəsində mənfəət vergisi daxilolmaları 1,42 milyard manat səviyyəsində gözlənilir.
2027-ci ilin büdcə zərfinə əsasən, Şahdəniz yatağında gələn il kondensat hasilatının 0,5 milyon barel (1,7%), təbii qaz hasilatının isə 0,2 milyard kubmetr (0,7%) azalacağı proqnozlaşdırılır. Bu fonda yataq üzrə mənfəət vergisi daxilolmalarının 1 milyard 420 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da 2026-cı il proqnozundan 180 milyon manat (11,3%), 2025-ci il icrasından isə 840,3 milyon manat (37,2%) azdır. Vergi gəlirlərinin azalması həm hasilatın düşməsi, həm də Avropa HUB qaz qiymətinin cari ilin proqnozundan 30 dollar aşağı olması ilə izah olunur. 2026-cı il üçün isə kondensat hasilatının 30,3 milyon barel, qaz hasilatının 26,9 milyard kubmetr olacağı nəzərdə tutulub. Bu ilin yanvar-sentyabr aylarında yataqdan təxminən 20 milyard kubmetr qaz və 21 milyon barel kondensat hasil edilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən müvafiq olaraq 5% və 12,5% azdır. Şahdəniz layihəsində BP operator kimi 29,99% paya malikdir, qalan payçılar arasında Lukoil, TPAO, NIKO, Cənub Qaz Dəhlizi və MVM var.
Digər xəbərlər
AMB: banklar 2027-ci ildən 4 istiqamətdə dayanıqlılıq hesabatı verəcək
Azərbaycan Mərkəzi Bankının nümayəndəsinə görə, banklar gələn ildən etibarən idarəetmə, strategiya, risklərin idarə edilməsi və kəmiyyət göstəriciləri üzrə dayanıqlılıq məlumatlarını açıqlamalı olacaq.
Milli Məclis Orta Kür sahəsi üzrə pay bölgüsü sazişini ratifikasiya etdi
Milli Məclis SOCAR, ExxonMobil və «Middle Kura» MMC arasında Orta Kür kontrakt sahəsi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında sazişi təsdiqləyib.
Deputat: Zəngəzur dəhlizi 2028-ci ilin sonuna doğru istifadəyə verilə bilər
Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Zəngəzur dəhlizinin Azərbaycan ərazisindəki avtomobil yolu hissəsi tamamlanıb, dəmir yolu işləri isə 2027-ci ilin əvvəlində başa çatacaq. Onun sözlərinə görə, bu, dəhlizin 2028-ci ilin sonlarına doğru istifadəyə verilməsinə şərait yaradır.