SOCAR və Comstock arasında 1,65 milyard dollarlıq sövdələşmə imzalandı
SOCAR ABŞ-ın Comstock şirkəti ilə Haynesville layihələri üzrə aktivlərin alınmasına dair yekun müqavilə imzalayıb, sövdələşmənin dəyəri 1,65 milyard dollar təşkil edir.
SOCAR və Comstock şirkəti arasında Legacy Haynesville layihəsində 20%, Western Haynesville layihəsində 15% iştirak payının, həmçinin Pinnacle Gas Services LLC-də Comstock-a məxsus 73% payın 15%-nin alınmasına dair yekun müqavilə imzalanıb. Alınan paylar əməliyyatların idarə edilməsində iştirak hüququ vermir. Sövdələşmənin ümumi dəyəri standart düzəlişlər nəzərə alınmaqla 1,65 milyard ABŞ dolları təşkil edir. Beş il sonra, SOCAR öz investisiyasından 15% gəlirlilik əldə etdikdən sonra, Western Haynesville layihəsindəki pay 7,5%-ə endiriləcək. Əməliyyatın qüvvəyə minmə tarixi 1 iyul 2026-cı il müəyyən olunub, hazırda müvafiq dövlət qurumlarından razılıqların alınması prosesi davam edir.
Digər xəbərlər
AMB: banklar 2027-ci ildən 4 istiqamətdə dayanıqlılıq hesabatı verəcək
Azərbaycan Mərkəzi Bankının nümayəndəsinə görə, banklar gələn ildən etibarən idarəetmə, strategiya, risklərin idarə edilməsi və kəmiyyət göstəriciləri üzrə dayanıqlılıq məlumatlarını açıqlamalı olacaq.
Milli Məclis Orta Kür sahəsi üzrə pay bölgüsü sazişini ratifikasiya etdi
Milli Məclis SOCAR, ExxonMobil və «Middle Kura» MMC arasında Orta Kür kontrakt sahəsi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında sazişi təsdiqləyib.
Deputat: Zəngəzur dəhlizi 2028-ci ilin sonuna doğru istifadəyə verilə bilər
Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Zəngəzur dəhlizinin Azərbaycan ərazisindəki avtomobil yolu hissəsi tamamlanıb, dəmir yolu işləri isə 2027-ci ilin əvvəlində başa çatacaq. Onun sözlərinə görə, bu, dəhlizin 2028-ci ilin sonlarına doğru istifadəyə verilməsinə şərait yaradır.