Əsas məzmuna keç
Savad
Maliyyə xəbərləri
İqtisadiyyatAzərbaycan5 noyabr 2026

SOCAR ABŞ-da 1,65 milyard dollarlıq enerji aktivi əldə edir

Qısaca

SOCAR ABŞ-ın «Comstock» şirkəti ilə «Legacy Haynesville» və «Western Haynesville» layihələri üzrə iştirak paylarının alınmasına dair 1,65 milyard dollarlıq müqavilə imzalayıb.

4 noyabr 2026-cı il tarixində SOCAR ilə ABŞ-ın «Comstock» şirkəti arasında yekun alqı-satqı müqaviləsi imzalanıb. Sənədə görə, SOCAR «Legacy Haynesville» layihəsi üzrə aktivlərdəki 20 faizlik, «Western Haynesville» layihəsi üzrə 15 faizlik iştirak payını, həmçinin «Pinnacle Gas Services LLC»də «Comstock»a məxsus 73 faizlik payın 15 faizini əldə edir, lakin bu aktivlərin idarə olunmasında iştirak hüququ olmayacaq. Sövdələşmənin ümumi dəyəri standart düzəlişlər nəzərə alınmaqla 1,65 milyard dollar təşkil edir. Beş il sonra və investisiyadan 15 faiz gəlirlilik əldə edildikdən sonra SOCAR-ın «Western Haynesville» layihəsindəki payı 7,5 faizə endiriləcək. Əməliyyatın qüvvəyə minmə tarixi 1 iyul 2026-cı il müəyyən edilib, hazırda müvafiq dövlət qurumlarından razılıqların alınması prosesi davam edir.

SOCAR ABŞ-da 1,65 milyard dollarlıq enerji aktivi əldə edir