ARDNF rəhbəri: Fondu Norveç fondu ilə müqayisə etmək doğru deyil
ARDNF-in İcraçı direktoru İsrafil Məmmədov bildirib ki, Fondun mandatı və risk profili Norveç Neft Fondundan fərqlidir, ona görə ikisini birbaşa müqayisə etmək yanlışdır.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 2027-ci il büdcə zərfinə həsr olunmuş iclasında ARDNF-in İcraçı direktoru İsrafil Məmmədov çıxış edib. Onun sözlərinə görə, ARDNF həm uzunmüddətli sərvətin qorunması, həm də qeyri-neft kəsirinin maliyyələşdirilməsi funksiyasını daşıyır, Norveç Fondu isə əsasən yığım funksiyası yerinə yetirir. Bu fərq hər iki fondun investisiya strategiyasına təsir göstərir: Norveç Fondunun portfelində səhmlərin payı yüksəkdir, ARDNF isə istiqraz, qızıl, daşınmaz əmlak kimi aktivlərlə daha balanslaşdırılmış portfel saxlayır. Son 5 ildə (qızılın təsiri çıxılmaqla) ARDNF-in orta illik gəlirliliyi 5%, Norveç Fondunun isə 8,7% olub. 2022-ci il böhranında isə ARDNF 6%, Norveç Fondu isə 14% zərər yaşayıb.
Digər xəbərlər
AMB: banklar 2027-ci ildən 4 istiqamətdə dayanıqlılıq hesabatı verəcək
Azərbaycan Mərkəzi Bankının nümayəndəsinə görə, banklar gələn ildən etibarən idarəetmə, strategiya, risklərin idarə edilməsi və kəmiyyət göstəriciləri üzrə dayanıqlılıq məlumatlarını açıqlamalı olacaq.
Milli Məclis Orta Kür sahəsi üzrə pay bölgüsü sazişini ratifikasiya etdi
Milli Məclis SOCAR, ExxonMobil və «Middle Kura» MMC arasında Orta Kür kontrakt sahəsi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında sazişi təsdiqləyib.
Deputat: Zəngəzur dəhlizi 2028-ci ilin sonuna doğru istifadəyə verilə bilər
Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Zəngəzur dəhlizinin Azərbaycan ərazisindəki avtomobil yolu hissəsi tamamlanıb, dəmir yolu işləri isə 2027-ci ilin əvvəlində başa çatacaq. Onun sözlərinə görə, bu, dəhlizin 2028-ci ilin sonlarına doğru istifadəyə verilməsinə şərait yaradır.