Əsas məzmuna keç
Savad
Maliyyə xəbərləri
İqtisadiyyatAzərbaycan23 noyabr 2026

Tacikistan Azərbaycan yanacağına gömrük güzəşti tətbiq edəcək

Qısaca

Tacikistan hökuməti 2026-cı ilin sonunadək MDB-nin Azad Ticarət Zonasına daxil olmayan ölkələrdən gətirilən yanacağa gömrük rüsumlarını sıfırlayıb ki, bu da Azərbaycandan idxalı asanlaşdıracaq.

Tacikistan hökuməti benzin, dizel yanacağı, mayeləşdirilmiş qaz və digər neft məhsullarının MDB-nin Azad Ticarət Zonasına daxil olmayan ölkələrdən idxalına tətbiq olunan gömrük rüsumlarını 2026-cı ilin sonunadək sıfırlayıb. Qərar İran, Türkmənistan və Azərbaycandan yanacağın güzəştli şərtlərlə gətirilməsinə şərait yaradacaq. 744 nömrəli müvafiq qərar noyabrın 10-da qəbul olunub və noyabrın 13-də “Cümhuriyyət” rəsmi qəzetində dərc edilib. Sıfır gömrük rüsumu dekabrın 31-dək qüvvədə qalacaq və mayeləşdirilmiş qaz da daxil olmaqla neft məhsulları və neft qazlarına aid olunacaq. Xam neft isə bu qərarın əhatə dairəsinə düşmür.

Tacikistan Azərbaycan yanacağına gömrük güzəşti tətbiq edəcək